Braziliya lideri Jair Bolsonaru dermatoloji müayinədən keçdikdən sonra onda dəri xərçənginin ola biləcəyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Globo" qəzeti məlumat yayıb.
"Mənim dəri xərçənginə tutulma ehtimalı var", - Cənubi Amerika dövlət başçısı deyib.
Buna baxmayaraq, Bolsonaru özünü normal hiss etdiyini bildirib. "Vitse-prezident Amilton Mouran hələ ki, ikinci adam olacaq, birinci yox", - deyərək prezident zarafat edib.
Braziliya prezidenti bundan əvvəl yırtıqdan əməliyyat olunub.
Qeyd edək ki, dəri xərçəngi ölümə səbəb olsa da, xəstələrin 70-80%-ində tam sağalma əldə etmək olur.
Alpər
Şərhlər