Xəbər lenti

Britaniya əlavə “Martlet” raketləri sifariş etdi, bir hissəsini Ukraynaya verəcək
Dünya 14:52 25.07.2024

Britaniya əlavə “Martlet” raketləri sifariş etdi, bir hissəsini Ukraynaya verəcək

Britaniya hökuməti öz Silahlı Qüvvələri üçün Thales UK-dən əhəmiyyətli sayda yüngül çoxməqsədli "Martlet” raketləri (LMM) sifariş edib və silahların bir hissəsi Ukraynaya təhvil veriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin saytında bildirilir.

Qeyd edilir ki, 176 milyon funt sterlinq (221 milyon dollar) dəyərində olan sifariş Britaniya Ordusunun hazırkı və gələcək qısa mənzilli hava hücumundan müdafiə sistemlərini təchiz edəcək, həmçinin "Martlet” dəniz gəmi əleyhinə raket sistemləri üçün istifadə olunacaq.

İdarənin məlumatına görə, yüzlərlə belə raket Ukraynaya da ötürülüb.
"Daha təhlükəli bir dünyada biz Ukraynaya silah verməyə davam etməliyik, həm də öz ehtiyatlarımızı artırmalıyıq", - Müdafiə satınalınması və Sənaye katibi Mariya İql deyib.

Britaniya Müdafiə Nazirliyinin bəyanatında həmçinin qeyd olunub ki, Rusiyanın Ukraynaya hücumu başlayandan bəri "Thales” zavodunda hasilat iki dəfə artıb, çünki hava hücumundan müdafiə avadanlıqlarına qlobal tələbat artıb.

Martlet "Thales” Hava Hücumundan Müdafiəsi tərəfindən Böyük Britaniya ordusunun ehtiyacları üçün yaradılmış yüngül, çoxməqsədli idarə olunan raketdir.

Raketlərin ilkin partiyası infraqırmızı təyinat terminalı və lazer yaxınlıq sensoru olan lazer şüasından istifadə edir, lakin dəqiq yer zərbələri üçün yarı aktiv lazer versiyası hazırlanır.

Raketin özü 3 kq döyüş başlığı ilə 13 kq ağırlığındadır. Uzunluğu - 1,3 m, diametri - 76 mm.-dir. Raketin sürəti 1,5 Mach-dır. Məsafə: 8 km.

İyulun 8-də Böyük Britaniyanın Müdafiə Nazirliyinin yeni rəhbəri Con Hili Odessaya səfəri zamanı Ukraynaya yeni yardım paketinin təqdim edildiyini açıqlayıb. Paketə daxildir:

90 Brimstone tank əleyhinə raketlər;
Çay və sahil əməliyyatlarını dəstəkləmək üçün 50 kiçik hərbi qayıq;
40 minatəmizləmə maşını;
10 AS-90 artilleriya;
Müdafiə mövqeləri yaratmağa kömək etmək üçün 61 buldozer.
Bundan əlavə, Böyük Britaniyanın yeni baş naziri Keir Starmer Ukraynaya hərbi yardımı artıracağına söz verib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->