Xəbər lenti

Britaniyada Baş nazirliyə ilk namizəd müəyyənləşdi
Dünya 15:05 23.10.2022

Britaniyada Baş nazirliyə ilk namizəd müəyyənləşdi

Böyük Britaniyada Baş nazir postuna ilk namizəd müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, sabiq maliyyə naziri Rişi Sunak ikinci dəfə bu vəzifəyə namizəd olub. 42 yaşlı siyasətçi "Twitter"də namizədliyini rəsmən elan edib. Rişi Sunak ölkənin iqtisadi problemlərini həll etmək, Mühafizəkarlar Partiyasını birləşdirmək istədiyini yazıb.

Qeyd edək ki, Boris Consonun istefasından sonra Raşi Sunak Baş nazir vəzifəsi uğrunda mübarizə aparıb və son turda Liz Trassa uduzub. Lizz Trass bir neçə gün əvvəl istefa verib.

Raşi Sunakın bu vəzifə uğrunda İcmalar Palatasının sədri Penni Mordont və sabiq Baş nazir Boris Consonla mübarizə aparması gözlənilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->