Ölkə 22:14 04.08.2022

Bu dairələrin seçki komissiyasının tərkibində dəyişiklik edildi

Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul edib. 

Qaynarinfo xəbər verir ki, qərara əsasən Tural Nizami oğlu Abbasov 82 saylı Ağcabədi, Nahidə Çingiz qızı Həsənova 97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.