Xəbər lenti

Bu il Tükiyədə neçə azərbaycanlı mənzil alıb?
Ekonomiks 21:10 13.08.2025

Bu il Tükiyədə neçə azərbaycanlı mənzil alıb?

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədə 501 mənzil alıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.

Belə ki, həmyerlilərimiz qardaş ölkədə yanvar ayında 50, fevralda 87, martda 66, apreldə 59, mayda 75, iyunda 71, iyulda isə 93 mənzil sahibi olub. 

Qeyd edək ki, ötən ay Türkiyədə mənzil satınalmalarına görə siyahıda Rusiya Federasiyası (315), İran (152) və Almaniya (135) vətəndaşları ilk üçlükdə qərarlaşıb. Azərbaycan sözügedən siyahıda 6-cı yerdə olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->