"Amerika
bir daha bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq
Qarabağın Azərbaycan ərazisində qalmasını dəstəkləyir”.
BunuQaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu ABŞ-ın NATO-dakı səfiri
Key Beyli Hatçisonun Qarabağ münaqişəsinin Azərbaycanın sərhədləri çərçivəsində
həll edilməsi ilə bağlı fikirlərinə aydınlıq gətirərkən deyib. Politoloq hesab
edir ki, yaxın günlərdə belə çağırışların sayı daha da artacaq:
Elxan Şahinoğlu
"Mən
belə açıqlamaları gözləyirdim. Və inanıram ki, belə açıqlamaların sayı
çoxalacaq. Ermənistana çağırış edəcəklər ki, qoşunlarını işğal altında olan
torpaqlardan çıxartsın və muxtariyyətə razılaşsın. Amma Amerikanın NATO nümayəndəsinin
belə çağırış etməsi çox önəmlidir. Çünki sabah Azərbaycan və Ermənistan Xarici
İşlər nazirləri Vaşinqtonda görüşəcəklər”.
Key Beyli Hatçison
Elxan Şahinoğlunun fikrincə, bundan sonra avropalı
rəsmilər də eyni açıqlamaları verəcək:
"Çünki
görürlər ki, Azərbaycan ordusu dayanmır, hücumlarını davam etdirir, düşmənə
böyük itkilər verir. Müharibəni dayandırmağın bir yolu var. Prezident bildirib
ki, işğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməlidir. Bu olarsa, atəşkəs də
olar, danışıqlardan da real nəticə əldə olunar. Bunu beynəlxalq aləmdə həm
anlayır, həm də qəbul edirlər”.
Qeyd
edək ki, ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın
suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu elan edib.
Bahar
Rüstəmli
Şərhlər