Yazıçı-publisist Azad Qaradərəlinin "Cəbrayıl əfsanəsi" romanının təqdimat mərasimi keçiriləcək.
Qaynarinfo xəbər verir ki, mərasim oktyabrın 23-ü, saat 15.00-16.00 arası Bookzone Kitab evində (AF Mall Ticarət Mərkəzinin yanı, 2-ci mərtəbə) baş tutacaq.
Tədbirdə qonaqlar, şəhidimizin ailə üzvləri iştirak edəcək. Kitab oxuculara hədiyyə olunacaq.
Qeyd edək ki, roman Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadəyə həsr olunub.
Şərhlər