Xəbər lenti

Cəlilabadda göldə boğulan şəxslərin FOTOLARI
Ölkə 22:24 19.06.2024

Cəlilabadda göldə boğulan şəxslərin FOTOLARI

Cəlilabadda su bəndində boğulan şəxslər dəfn olunub.


İqtisadiyyat.az-ın məlumatına görə, rayonun Hamarqışlaq kənd sakinləri, 2008-ci il təvəllüdlü Aşurov Nihad Nicat oğlu və 2004-cü il təvəllüdlü Həsənov İbrahim Əjdər oğlu doğulduğu kənddə torpağa tapşırılıb.


Qeyd edək ki, hadisə bu gün sözügedən kənddə yerləşən su bəndində qeydə alınıb. 


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə məlumat daxil olub və


nazirliyin dalğıcları axtarışlara cəlb olunub.


Axtarışlar nəticəsində göldə batmış Həsənov İbrahim Əlifağa oğlunun və Aşurov Nihat Nicat oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->