Bu gecədən Bakı şəhərində Tbilisi prospektinin Salamzadə küçəsindən 20 Yanvar qovşağına qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.“Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, buna səbəb yolun asfalt örtüyünün dəyişdirilməsidir.
“Sürücülər alternativ yol kimi Salamzadə küçəsindən keçərək, Cəlil Məmmədquluzadə (keçmiş Papanin) küçəsi, 3-cü mikrorayon və 20 Yanvar qovşağı istiqamətində köməkçi yollardan istifadə edə bilərlər”, - deyə Pünhan Mürsəlov əlavə edib.
Qeyd edək ki, təmirə bağlanacaq yolun 1 həftə ərzində açılması nəzərdə tutulub.
Qaynar.info
Şərhlər