XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Danışıqlardan imtina Ermənistan hakimiyyətinin kobud səhvi idi" - Erməni analitik
Siyasət10:05 27.10.2020

"Danışıqlardan imtina Ermənistan hakimiyyətinin kobud səhvi idi" - Erməni analitik

Azərbaycanla danışıqlardan imtina Ermənistan hakimiyyətinin kobud səhvi idi.
Trend-in məlumatına görə, bunu ABŞ-ın "Stratfor” analitika şirkətinin analitiki, erməni əsilli jurnalist Onnik Krikoryan öz "Twitter” səhifəsində yazıb.
Onun sözlərinə, bütün beynəlxalq icmalçılar Nikol Paşinyanın uğursuzluğa düçar olduğunu hesab edir:
"Bunu yalnız mən belə hesab etmirəm. Bu, millətçiliyi özünə sərf edərkən istismar edən populist siyasətçinin böyük səhvi olub”.
Jurnalist, həmçinin bildirib ki, son zamanlar fikirlərinə görə onun ünvanına təhdidlər səslənir.