İdman 11:31 30.11.2022

DÇ-2022: Bu gün D və C qruplarında növbəti oyunlar keçiriləcək

DÇ-2022-də bu gün daha dörd oyun baş tutacaq. 

Qaynarinfo xəbər verir ki, C və D qruplarında növbəti oyunlar baş tutacaq. C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması isə Meksikanın müqavimətini qırmağa çalışacaq. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları var.

D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək. Digər üç komandanın pley-off şansları davam edir.

DÇ-2022

Qrup mərhələsi, III tur

30 noyabr

C qrupu

23:00. Polşa - Argentina
23:00. Səudiyyə Ərəbistanı - Meksika

Polşa - 4, Argentina - 3, Səudiyyə Ərəbistanı - 3, Meksika - 1

D qrupu

19:00. Avstraliya - Danimarka
19:00. Tunis - Fransa

Fransa - 6, Avstraliya - 3, Danimarka - 1, Tunis - 1

Hələlik Fransa, Portuqaliya, Braziliya, Niderand, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib.