Futbol üzrə dünya çempionatında Argentina Misir üzərində əzmkar qələbə qzaanıb.
Qaynarinfo-nun məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:2 hesbalı qələbəyə seviniblər.
Baxmayaraq ki, görüşdə ilk iki qol Misir komandasından gəlib. Yasser İbrahim (15) və Mustafa Ziko (67) Afrika təmsilçisinin qollarını vurublar. Bunun belə, özündə güc toplayan Argentina seçməsi ard-arda 3 dəfə rəqib qapısına yol tapmaqla qalib gəlməyi bacarıb.
"Tanqoçular"un heyətində Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandes (90+3) diqqət mərkəzinə düşüblər.
Qarşılaşmanın 21-ci dəqiqəsində Argentinanın kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.
Qeyd edək ki, Argentina 1/4 final mərhələsində İsveçrə - Kolumbiya cütünün qalibi ilə üz-üzə gələcək.
Şərhlər