Xəbər lenti

Futbol tariximizdə rekord:
İdman 18:20 07.07.2026

Futbol tariximizdə rekord: "Seltik" "Qarabağ"a 12,5 milyon avro ödəyəcək

Şotlandiyanın "Seltik" klubu "Qarabağ"ın hücumçusu Kamilo Duranın transferi ilə bağlı razılıq əldə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Şotlandiyanın "The Herald” nəşri məlumat yayıb.

Məlumata görə, Qlazqo təmsilçisi kolumbiyalı futbolçunun keçidi üçün "Qarabağ"a 5,5 milyon funt-sterlinq  (6,4 milyon avro - 12,5 milyon manat) ödəyəcək. Bu, "Seltik"in yay transfer dövründə ilk transferi olacaq. Kamilo Duran transfer prosedurlarını başa çatdırmaq üçün Qlazqoya yollanıb.

Bu məbləğlə bağlı iddia təsdiqini tapsa, Duran Azərbaycan futbolu tarixində satılan ən bahalı oyunçu olacaq.

Hücumçu ötən mövsüm bütün turnirlərdə 15 qol vuraraq diqqət çəkib. O, UEFA Çempionlar Liqasında "Nyukasl", "Ayntraxt" (Frankfurt), "Benfika" və "Ayaks"ın qapılarına da qol vurmağı bacarıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->