"Neftçi” Çexiyanın "Viktoriya” klubunun sabiq futbolçusu Rikardinyonu heyətinə qatmaqda israrlıdır.
Futbolinfo.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar artıq son mərhələdədir.
25 yaşlı braziliyalı hücumçunun da karyerasını Azərbaycanda davam etdirməkdə maraqlı olduğu vurğulanıb. Hətta ilkin razılığın olduğu yazılır. Rikardinyo hazırda azad agent statusu daşıdığından, "Neftçi”yə havayı başa gələcək.
Qeyd edək ki, Rikardinyo ötən mövsümü icarə əsasında Qazaxıstan klubu "Kayrat”da keçirib.
Şərhlər