Xəbər lenti

Almaniya Holokostun anılması üçün İsrailə hər il 5 milyon avro ödəyəcək
Dünya 18:49 07.07.2026

Almaniya Holokostun anılması üçün İsrailə hər il 5 milyon avro ödəyəcək

Almaniya 2030-cu ilə qədər İsraildə fəaliyyət göstərən "Yad Vaşem" Holokost Tarixi Memorial Kompleksinə hər il 5 milyon avro maliyyə dəstəyi göstərəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, müvafiq sazişi Almaniyanın xarici işlər naziri Yohann Vadeful Qüdsdə imzalayıb.

Razılaşmaya əsasən, Almaniya 2030-cu ilədək ümumilikdə 25 milyon avro vəsait ayıracaq.

Bildirilib ki, ayrılan maliyyə Holokostun araşdırılması və sənədləşdirilməsi, eləcə də təhsil və xatirə layihələrinin həyata keçirilməsinə yönəldiləcək.

Xatırladaq ki, bu ilin mart ayında Polşa Prezidenti Karol Navrotski Almaniyadan reparasiya ödənilməsini tələb etmiş və həmin vəsait hesabına silah alınmasını təklif etmişdi.

2025-ci ilin dekabrında isə Polşanın Baş naziri Donald Tusk Almaniya hökumətini İkinci Dünya müharibəsi dövründə nasist işğalının sağ qalan qurbanlarına kompensasiyaların mümkün qədər tez ödənilməsinə çağırmışdı.

Almaniya Kansleri Fridrix Merz isə ölkəsinin Polşa qarşısındakı tarixi məsuliyyətini dərk etdiyini və bu mövzuda danışıqların davam etdiyini bildirsə də, mümkün kompensasiyalarla bağlı konkret öhdəlik açıqlamamışdı.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->