Xəbər lenti

DÇ-2026: Meksika Ekvadora qalib gələrək 1/8 finala keçdi
İdman 08:58 01.07.2026

DÇ-2026: Meksika Ekvadora qalib gələrək 1/8 finala keçdi

Futbol üzrə dünya çempionatında Meksika Ekvadora qalib gəlib.

Qaynarinfo-nun məlumatına görə, Mexiko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Xulian Kinones (22) və Raul Ximenez (31) Şimali Amerika təmsilçisinin qollarını vuran futbolçular olublar.

Bu qələbə sayəsində 1/8 finala adlayan Meksikanın rəqibi İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi olacaq.
--> -->