Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olduqları oyundan sonra komandasının artıq ən yüksək səviyyəli yığmalar sırasında olmadığını bildirib.
Qaynarinfo xəbər verir ki, mütəxəssisin sözlərinə görə, Almaniya millisinin futbolçularının ümumi səviyyəsinin orta səviyyəyə enməsini etiraf etmək lazımdır.
"Pley-offun ilk mərhələsində mübarizəni dayandırmaq Almaniya futbolu üçün pis nəticədir. Dünya çempionatından ardıcıl üçüncü dəfə erkən mərhələdə kənarda qalırıq. Buna görə də artıq birinci dərəcəli milli komandalar sırasında deyilik. Mən məyusam", deyə Yulian Naqelsmann bildirib.
Qeyd edək ki, Paraqvayla oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb və Paraqvay penalti seriyasında qalib gəlib. Paraqvay növbəti mərhələdə Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.
Aydın
Şərhlər