Xəbər lenti

DÇ-2026: Paraqvay Almaniyanı mundialdan kənarlaşdırdı
İdman 03:30 30.06.2026

DÇ-2026: Paraqvay Almaniyanı mundialdan kənarlaşdırdı

Futbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.

Qaynarinfo-nun məlumatına görə, Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf çıxmayıb – 1:1.

Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) qol vuran futbolçular olublar.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti zərbələrində daha dəqiq oynayan Cənubi Amerika təmsilçisi (4:3) 1/8 finala yüksəlib.

Komandanın bu raunndakı rəqibi Fransa - İsveç cütünün qalibi olacaq.
--> -->