Xəbər lenti

DÇ-2026: Fransa darmadağınla 1/8 finalda
İdman 03:34 01.07.2026

DÇ-2026: Fransa darmadağınla 1/8 finalda

Futbol üzrə dünya çempionatında Fransa İsveçi məğlub edib.

Qaynarinfo-nun məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar 3:0 hesablı qələbəyə seviniblər.

Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi kollektivdə 45 və 74-cü dəqiqələrdə Kilian Mbappe dubl edib. Digər qolu isə 53-cü dəqiqədə Bradli Barkola vurub.

Qeyd edək ki, bu qələbədən sonra 1/8 finala yüksələn Fransa seçməsinin rəqibi Paraqvay komandası olacaq.
--> -->