Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 1-i saat 10:00-dan işlər başa çatanadək Bakının Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
"Azəriqaz”dan Qaynarinfo-ya verilən məlumata görə, fasilə Nizami rayonunun Keşlə qəsəbəsini, Sabunçu rayonunun isə Maştağa qəsəbəsini, Yeni Sahə, Subtropik Sovxoz, Konserv Zavodu və Daş Karxanası yaşayış massivlərini əhatə edəcək.
Şərhlər