Yelo Bank-ın ölkədə sahibkarlığın
inkişafına dəstək məqsədilə start verdiyi və böyük maraqla qarşılanan "Biznesinə
xoş gələcək” kampaniyasının müddəti 30 sentyabr 2026-cı il tarixinədək
uzadılıb. Bu xəbər işinə fasilə vermək istəməyən və gündəlik bank xərclərinə qənaət
etməyi hədəfləyən mikro, kiçik və orta sahibkarlar üçün əsl yay fürsətinə
çevriləcək!
Kampaniya çərçivəsində ilk dəfə onlayn biznes hesabı açan fərdi sahibkarlar və
hüquqi şəxslər hesab açdıqları gündən etibarən 3 ay müddətində (cəmi 100 000
AZN-dək dövriyyə məbləği üçün) aşağıdakı bank əməliyyatlarını tamamilə pulsuz –
0% komissiya ilə həyata keçirə bilərlər:
✔️Milli valyutada ölkədaxili köçürmələr (həm adi, həm də təcili);
✔️Milli valyutada vəsaitlərin nağdlaşdırılması;
✔️Əməkhaqqı layihəsi
üzrə köçürmələr ("All ATMs” istisna).
Üstəlik, bu fürsətdən yararlanan bütün sahibkarlara 1 illik biznes kartı hədiyyə
olunur. Biznes müştəriləri həmçinin onlayn hesab açılması, əməkhaqqı
kartlarının sifarişi və smartfonu POS-terminala çevirən Mobil POS xidmətinə
qoşulma imkanlarından da ödənişsiz faydalana bilirlər.
Bankın məqsədi sahibkarlara yalnız ilk addımlarında deyil, bizneslərinin hər
bir inkişaf mərhələsində etibarlı və innovativ tərəfdaş olmaqdır. Kampaniyaya
qoşulmaq istəyən fərdi sahibkarlar Yelo Business App, hüquqi şəxslər isə Yelo
İnternet Bankçılıq platforması üzərindən ilk onlayn biznes hesablarını açaraq
bu unikal fürsətə sahib ola bilərlər.
Daha ətraflı məlumat: Yelo İnternet Bankçılıq -https://ylb.az/i-bnk; Yelo Business App -http://ylb.az/yelobiznes.
Online
biznes krediti lazımdır? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər