Xəbər lenti

DDLA gəmilərə xəbərdarlıq etdi
Ekonomiks 20:03 19.03.2025

DDLA gəmilərə xəbərdarlıq etdi

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib. 

Xəbərdarlığa əsasən, mart ayının 19-dan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi martın  22-si səhər saatlarına kimi davam edəcək. 

Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 3.5-5.5 m.çatacağı proqnozlaşdırılır.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->