Xəbər lenti

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edildi
Ölkə11:32 16.10.2026

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan vətəndaşı Anar Eldar oğlu Abbasovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiyanın Baş Prokurorluğu təmin edib.

Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaq edilən cinayət işi üzrə Anar Abbasovun təkrar öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.

A.Abbasov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.