Xəbər lenti

Devid Bekhem Rusiyada öz ticarət nişanını qeydiyyatdan keçirdi
Dünya 19:09 11.02.2025

Devid Bekhem Rusiyada öz ticarət nişanını qeydiyyatdan keçirdi

"Mançester Yunayted" və "Real"ın keçmiş futbolçusu, eyni zamanda biznes və xeyriyyəçilik fəaliyyəti ilə tanınan Devid Bekhem yenidən diqqət mərkəzinə düşüb.  

Qaynarinfo xəbər verir ki, britaniyalı futbolçunun DB Ventures şirkəti Rusiyanın Rospatent qurumunda "David Beckham” ticarət nişanını qeydiyyatdan keçirib. Bu barədə "AGN Moskva” yazır.  

Məlumata görə, qeydiyyat üçün müraciət hələ ötən ilin iyun ayında verilib və brend beynəlxalq 24-cü sinif üzrə mal satışı hüququ əldə edib. Bu sinif çərçivəsində tanınmış futbolçunun adından parçalar, pərdələr, mətbəx dəsmalları, yataq dəstləri və hətta ev heyvanları üçün yorğanlar istehsal oluna bilər.  

DB Ventures şirkəti Bekhem tərəfindən 2014-cü ildə yaradılıb və onun reklam müqavilələrinin idarə olunmasına fokuslanır. 2022-ci ildə şirkətin 55%-lik payı Amerikanın "Authentic Brands Group” brendinq şirkətinə satılıb. Bununla belə, Devid Bekhemin adı kommersiya layihələrində əhəmiyyətini qoruyub saxlayır.  

Qeyd etmək lazımdır ki, Bekhem Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynanı fəal şəkildə dəstəkləyib. 2022-ci ilin mart ayında o, 70 milyondan çox izləyicisi olan Instagram səhifəsini Xarkovlu həkim İrinaya verərək, müharibə zamanı tibb işçilərinin reallıqlarını göstərməsinə imkan yaradıb.  

Bundan əlavə, keçmiş futbolçu həyat yoldaşı Viktoriya Bekhem ilə birlikdə Ukraynalı uşaqlara yardım üçün 1 milyon funt-sterlinq ianə edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->