Xəbər lenti

Su içməyi necə vərdişə çevirmək olar? - 5 tövsiyə
Sağlamlıq 14:58 12.07.2026

Su içməyi necə vərdişə çevirmək olar? - 5 tövsiyə

Su orqanizmin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Bununla belə, bir çox insan gün ərzində tövsiyə olunan miqdarda su qəbul etmir.

Qaynarinfo "BHG" nəşrinə istinadən xəbər verir ki, diyetoloqlar su içməyi gündəlik vərdişə çevirməyə kömək edəcək sadə məsləhətlər bölüşüblər. Diyetoloq Endi Li Qonsales bildirib ki, əksər böyüklərə gün ərzində təxminən 8–12 stəkan maye qəbul etmək tövsiyə olunur.

Su qabını həmişə yanınızda saxlayın

Diyetoloq Kerolayn Passerrello zövqünüzə uyğun rəng və ya dizayna malik təkrar istifadə oluna bilən su qabı seçməyi tövsiyə edib. Onun sözlərinə görə, bu, gün ərzində daha tez-tez kiçik qurtumlarla su içmək ehtimalını artırır.

Diyetoloq Ceymi Mok isə birdəfəlik plastik butulkalar əvəzinə paslanmayan poladdan və ya şüşədən hazırlanmış təkrar istifadə oluna bilən su qablarına üstünlük verməyi məsləhət görüb.

Yeni vərdişi mövcud gündəlik işlərlə əlaqələndirin

Mütəxəssislər su içməyi artıq formalaşmış gündəlik vərdişlərlə əlaqələndirməyi tövsiyə edirlər. Məsələn, dişləri fırçaladıqdan sonra, qəhvə hazırlayarkən, növbədə gözləyərkən və ya telefondakı bildirişlərə baxarkən su içmək orqanizmin maye balansını əlavə səy göstərmədən qorumağa kömək edə bilər.

İçki seçimlərinizi müxtəlifləşdirin

Əgər adi su tez bezdirirsə, mütəxəssislər şəkərsiz qazlı və ya ətirli su, eləcə də az yağlı bulyon qəbul etməyi tövsiyə edirlər. Endi Li Qonsales qeyd edib ki, çay və qəhvə də gün ərzində qəbul edilən ümumi maye miqdarına daxildir.

Xatırlatmalardan istifadə edin

Telefonunuza quraşdıracağınız xatırlatmalar su içməyi unutmamağa kömək edə bilər. Ekspertlərin fikrincə, bu sadə üsul gün ərzində orqanizmdə lazımi maye səviyyəsini qorumaq üçün effektiv vasitədir.

Su ilə zəngin qidaları rasiona əlavə edin

Dietoloqlar su tərkibi yüksək olan qidaların daha çox istehlak edilməsini tövsiyə edirlər. Bunlara qovun, xiyar, qarpız, giləmeyvələr və yoqurt daxildir. Bundan əlavə, kifayət qədər tərəvəz, meyvə və tam taxıl məhsullarının qəbulu da orqanizmin su balansının qorunmasına töhfə verir.

Mütəxəssislər vurğulayıblar ki, kifayət qədər maye qəbulu yalnız fiziki sağlamlıq üçün deyil, həm də beynin normal fəaliyyəti, ümumi əhval-ruhiyyə və enerji səviyyəsinin qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->