Şimal-qərb bölgəsində təbii fəlakət: Selin vurduğu zərər müəyyənləşdirilir (VİDEO)
Son günlər yağan intensiv yağışlar ölkənin şimal-qərb bölgəsində ciddi fəsadlar yaradıb. Hazırda Zaqatalada selin törətdiyi zərərin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir.
Qaynarinfo xəbər evrir ki, bu barədə Azərbaycan Televiziyasının (AzTV) hazırladığı videomaterialda bildirilib.
Selin ən çox zərər vurduğu sahələrdən biri su infrastrukturu olub. Hazırda içməli su xətləri bərpa edilir. Həmçinin güclü sel yol infrastrukturuna da ciddi ziyan vurub. Nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün əraziyə texnikalar cəlb olunub və yolların bərpası işləri davam etdirilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər