Sabiq vəzifəli şəxslər Dəyanət Atakişiyev və Ayxan Səfərovun cinayət işi Ali Məhkəmədə araşdırılacaq.
Qaynarinfo-nun məlumatına görə, dövlət ittihamçısı Apellyasiya Məhkəməsinin qərarından kassasiya protesti verib.
Protestə mayın 22-də baxılacaq. İclasa hakim İlqar Qılıcov sədrlik edəcək.
Dəyanət Atakişiyev və Ayxan Səfərov Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində işləyib. Ayxan Səfərov 6 saylı Beyləqan ərazi idarəsinin rəisi, Dəyanət Atakişiyev isə Arxiv şöbəsinin müdiri olub.
Ayxan Səfərov və Dəyanət Atakişiyev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 32.5, 311.3.2-ci (təkrarən rüşvət almaqda köməkçilik etmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Ayxan Səfərov xidməti səlahiyyətlərinin icrası zamanı Dəyanət Atakişiyevin köməkliyi ilə Beyləqan rayonunda yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara dair mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi üçün rüşvət alıb.
Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi hər iki şəxs barəsində bəraət hökmü çıxarıb. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.
Seyid
Şərhlər