Xəbər lenti

Dövlət qurumu 5 şirkəti məhkəməyə verdi
Ekonomiks 16:16 05.06.2023

Dövlət qurumu 5 şirkəti məhkəməyə verdi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 5 şirkəti məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, qurumla  "Qismət Firması” MMC, "Hüquq” MTK, "Arena” ASC, "Bakı Mexanikləşdirmə-1” ASC və "Kapitol” Firması arasında icarə müqaviləsinə dair mübahiəsələr yaranıb. 

İddiaların hamısı Bakı Kommersiya Məhkəməsində qaldırılıb.

"Qismət Firması” MMC və "Kapitoli” Firması ilə bağlı iddialara hakim Aytən Əliyevanın, "Hüquq” MTK ilə bağlı iddiaya hakim Nərmin Əhmədovanın, "Arena” ASC ilə bağlı iddiaya hakim Zeynəb Axundovanın, "Bakı Mexanikləşdirmə-1” ASC ilə bağlı iddiaya isə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->