Ölkə 11:42 30.09.2023

DTX: "Azad olunmuş ərazilərdə 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb"

"Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin meyitinin qalıqları tapılıb".

"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib.

"Dövlət Təhlükəsizliyi Xidmətinin Tibbi İdarəsinin tərkibində laboratoriyalarımızda 25 şəhidimizin eyniləşməsini həyata keçirmişik. Proses hələ də davam edir", - o qeyd edib.