Xəbər lenti

Dubayda 545 milyon dollarlıq yeni turistik məkan inşa ediləcək
Dünya 23:41 04.02.2025

Dubayda 545 milyon dollarlıq yeni turistik məkan inşa ediləcək

Dubayda yeni iri turistik obyekt tikiləcək.

Qayanrinfo xəbər verir ki, bu barədə Dubayın hökumət mətbuat xidməti məlumat yayıb.

Layihənin dəyəri 2 milyard BƏƏ dirhəmi (təxminən 545 milyon dollar) təşkil edəcək. Məlumata görə, "Dubay Therms" adlanan bu layihə bölgədə ilk belə sağlamlıq kurortu və interaktiv bağ olacaq. Obyektin illik 1,7 milyon ziyarətçi qəbul etməsi planlaşdırılır.

Layihə 100 metr hündürlüyündə bir tikilidən ibarət olacaq və burada su və sağlamlıq kompleksi, akvapark, eləcə də dünyanın ən böyük qapalı botanika bağı yer alacaq. Yeni turistik məkan Dubayın mərkəzində, Zaabil parkında yerləşəcək və tikinti işlərinin 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Dubayın əsas simvolu dünyanın ən hündür göydələni "Burc Xəlifə" sayılır. 2010-cu ildə açılan bu bina 828 metr hündürlüyündədir və 163 mərtəbədən ibarətdir. Onun 180 metrlik qüllə hissəsi dünyanın ən uzun şpili hesab olunur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->