Dünyada bitkoin mayninqi səbəbiylə ilk ölüm qeydə
alınıb: Taylanddan olan 26 yaşlı Danai Makmek kriptovalyuta almağa çalışarkən həyatından
olub.
Qaynarinfo Daily Mail-ə istinadən xəbər verir ki, Makmek
çoxsaylı ventilyatorların köməyi ilə güclü bir mayninq sistemi qurub. Bir gün
cihaz sıradan çıxıb.
Sonra o, qardaşından avadanlıqların xarab olması səbəbindən
"qazancını" itirməmək üçün onun təmirinə kömək etməsini istəyib.
Qardaş razılaşıb və sabah ustayla gələcəyinə söz
verib. Lakin Makekin gözləməyə səbri çatmayıb və özü təmirə başlayıb. Ehtimal
olunur ki, təmir zamanı onu elektrik cərəyanı vurub. İyulun 21-də qardaşı
kompüter ustası ilə evinə gələndə qardaşının cəsədiylə qarşılaşıb.
Gələn həkimlər və polislər kişinin öldüyünü bildiriblər.
Otaqda soyğunçuluq əlamətləri olmayıb, mərhumun bədənində xəsarət qeydə
alınmayıb. Polis Makeki elektrik cərəyanı vurduğunu düşünür. Faktla bağlı
araşdırma aparılır.
Xatırladaq ki, Cambridge Universitetinin daha əvvəl
apardığı bir araşdırma, bitkoinlərin hasilatı zamanı hər il təqribən 121,36
terawatt-saatın (TWh) istehlak edildiyini, bunun isə Argentina, Hollandiya və
Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin elektrik istehlakını üstələdiyini
göstərir.
Şərhlər