Xəbər lenti

Şəhidin dəfnində ürəkdağlayan anlar:
Video 19:14 05.01.2024

Şəhidin dəfnində ürəkdağlayan anlar: "Səndən doymadım, Həsən..." (VİDEO)

Xəbər verdiyimiz kimi, Laçın rayonunda çətin relyefli dağlıq ərazidə ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmayılov Həsən bu gün Gəncədə dəfn edilib.

Manset.az-ın məlumatına görə, dəfn mərasimində onun hərbçi yoldaşları, şəhər icra hakimiyyətinin rəhbərliyi və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İyirmi səkkiz yaşlı gizir Həsən İsmayıl oğlu ailəli idi. Onun iki övladı yadigar qalıb.

Dəfn mərasimində ürəkdağlayan anlar yaşanıb.

Qeyd edək ki, qəzada həlak olan hərbçiyə şəhid statusu veriləcək.

Sözügedən görüntüləri təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->