Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiqin nişanının pozulması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə aktrisanın “bir oyun idi, oynadıq, bitdi” ifadəsi diqqət çəkib.
Sosial şəbəkə istifadəçilərinin bir qismi aktrisanı bu fikirlərinə görə tənqid edib. Bəzi izləyicilər isə Xalq artistinin açıqlamasından sonra qızının nişanının əvvəlcədən qurulmuş şou olduğunu iddia ediblər.
Onların fikrincə, əslində belə bir nişan olmayıb və bu mövzu Nigar Tofiqi gündəmdə saxlamaq, eləcə də onun iştirak etdiyi verilişlərə maraq yaratmaq məqsədi daşıya bilər.
Şou proqramlarda ekspert kimi tanınan Anar Vəziroğlu Qaynarinfo-ya açıqlamasında baş verənlərin şou olduğunu bildirib:
“İnsanlar necədirsə, qarşı tərəf də odur. Deyir ki, xasiyyətimiz tutmayacaqsa, niyə bir yerdə olmalıyıq? Ananın özündə böyük günahlar oldu. Nişandan əvvəl dilindən kürəkən sözü düşmədi, bütün günü bir yerdə idilər, qucaqlaşırdılar və s. Hər şey şit oldu. İnsan sevər də, qısqanar da. Amma elə şeylər var ki, Allahla sənin aranda olmalıdır. Bütün günü efirlərdən car çəkdi ki, qızım nişanlanıb. Bir-birindən istifadə etdilər, əsl şoudur. Buna başqa ad qoya bilmirəm. Bir dəfəlik deyin ki, şoudur, vəssalam".
Ekspert Xalq artistinin açıqlamasını da tənqid edib:
“Deyir ki, bir oyun idi, oynadıq, bitdi. Necə bitdi? Sənin qızının taleyi həll olunur, buna necə oyun kimi baxa bilərsən? Respublikada biabır olmusunuz, necə yəni keçdi? Belə çıxır ki, onlar hər şeyə – abır, həyaya da oyun kimi baxırlar. Ailə söhbəti bunlar üçün oyuncaqdır. Düzünü deyim ki, mən oğlana ciddi baxırdım, amma görürəm ki, o, qeyri-ciddidir. Camaatın nişanını qaytarıb deyir ki, dost kimi ayrıldıq. Qız da elə bil evdə qalmışdı, 60 yaşı vardı, ərə getməyə oğlan tapmırdı. Bədbəxtçilik budur. Bu, gündəmdə qalmaq üçün xalqı oynatmaqdır. Mən bu dərəcədə şou görməmişdim. Çox təəssüf...”
Bahar Rüstəmli
Şərhlər