İdman 12:42 13.10.2022

Şəhriyar Məmmədyarov onlayn turnirdə çıxış edəcək

Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsində çıxış edəcək.
 
Qaynarinfo xəbər verir ki, turnirdə seriyanın təşkilatçılısı Maqnus Karlsendən başqa 15 şahmatçı mübarizə aparacaq. Bunlar  həmyerlimiz Şəhriyar Məmmədyarov, Niderland təmsilçisi Aniş Giri, Hindistan şahmatçıları Qukeş, Arcun Eriqaisi, Pentala Harikrişna, Vidit Santoş və Aditya Mittal, macar Riçard Rapport, polşalı şahmatçı Yan-Kşıştof Duda, özbək Nodirbek Abusattarov, Almaniya şahmatçısı Vinsent Keymer, ispan David Quyarro, isveçli Nils Qrandelius, Kanada təmsilçisi Erik Hansen və ABŞ şahmatçısı Daniel Narodskidir.

Ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçı pley-offa vəsiqə qazanacaq. "Aimchess Rapid" adlanan turnir oktyabrın 14-dən 21-dək keçiriləcək.
 
Səbuhi Həsənov