Xəbər lenti

Əl-Riyadla Tehran arasında münasibətlər normallaşacaq? (ŞƏRH)
Dünya 19:23 30.11.2023

Əl-Riyadla Tehran arasında münasibətlər normallaşacaq? (ŞƏRH)

"Əl-Riyadla Tehran arasında son 8 ayda münasibətlərin normalaşdığını nəzərə alsaq, bu gedişatın davam edəcəyi istisna olunmur".
 
Bunu Qaynarinfo-ya "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Səudiyyə Ərəbistanının HƏMAS-a dəstəyi dayandırıcağı halda İrana yardım edə biləcəyi ilə bağlı yayılan məlumatı şərh edərkən deyib. 

Sədrəddin Soltan bildirib ki, HƏMAS-ı İrandan satın almaq üçün ilk növbədə Tehranın İsrailə təzyiq vasitəsinin qiymətini də nəzərə almaq lazımdır: 

"Yayılan xəbərlərə görə, Səudiyyə Ərəbistanı İran HƏMAS-dan əl çəkəcəyi halda onu 10 milyard dollar həcmində mükafatlandıracaq. Əslində, HƏMAS, Qəzza zolağı, Livan, "Hizbullah” İran hakimiyyəti üçün yüz milyardlarla dollardan da bahadır. Çünki İran HƏMAS, "Hizbullah” kimi qüvvələrlə İsrail və onun müttəfiqi olan gücləri daim narahat vəziyyətdə saxlayır. Belə ki, HƏMAS Qəzza zolağından çıxacağı halda, İran İsrailə heç bir vasitə ilə təzyiq edə bilməyəcək”. 

Həmsöhbətimizin fikrincə, HƏMAS-ın belə ucuz, 5-10 şahıya satılacağı ehtimalı daha çox təbliğata oxşayır:



"Səudiyyə Ərəbistanı daxil ərəb ölkələri İsrail-HƏMAS qarşıdurmasında ümumilikdə sakit görünürlər. Fikrimcə, İrana verilən bu təklif ərəblərin də hansısa bir işə yaradığını nəzərə almaq üçün irəli sürülmüş təbliğatdır. HƏMAS artıq gücdən düşüb. Atəşkəsdən sonra əməliyyatın davam edəcəyi də gözlənilir. Belə bir şəraitdə, guya "HƏMAS məğlub olmadı, sadəcə onun maraqlarını satdılar” təbliğatının ortaya atılacağı istisna deyil. Ona görə də İrana verilən yardım təklifi indiki şəraitdə daha çox təbliğata və HƏMAS-ı Qəzza zolağından çıxarsa belə, ayaqda saxlamaq üçün yayılmış tezisdir. İran hakimiyyəti savaşı HƏMAS-ın qələbəsi kimi dəyərləndirir. Onlar həmçinin, iddia edir ki, bu müharibə Qərbi Asiyada (Cənubi Qafqazda) inkişaf etmək yolunu tutan ölkələr üçün də bir nümunə olacaq. Ona görə də HƏMAS-ın belə ucuz, 5-10 şahıya satılacağı ehtimalı fikrimcə, daha çox təbliğata oxşayır”. 

Qeyd edək ki, "Bloomberg" agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı HƏMAS-ı dəstəkləməkdən imtina etməsi müqabilində İrana sanksiyalardan zərər çəkmiş iqtisadiyyatını bərpa etmək üçün yardım təklif edə bilər. Vəziyyətlə tanış olan ərəb və Qərb rəsmilərinin sözlərinə görə, təklif keçən ay HƏMAS-ın İsrailə hücumundan və Qəzza zolağında müharibənin başlamasından sonra birbaşa və müxtəlif vasitələrlə edilib. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (LAS) sammitlərinin keçirildiyi Ər-Riyadda Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman ilə İran prezidenti İbrahim Rəisinin işgüzar görüşündə müvafiq tezislər səsləndirilib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->