Ölkə 08:59 09.06.2023

“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” - Su satan Elvinin anası

Ötən həftədən sosial şəbəkələrdə vəfat edən atasına başdaşı qoymaq üçün su daşıyıb satdığını deyən 10 yaşlı Elvinin videosu yayılmışdı.

Baku TV qardaşı Eminlə birlikdə nənəsinin himayəsində yaşayan Elvinin rayonunda (Gədəbəy) olub.

Azyaşlıların nənəsi və anası danışaraq maddi imkanlarının qənaətbəxş olmadığını bildiriblər. 

"4 ildir ayrılmışıq. Kimsəsiz insanam, qonşular kömək edir, dolanıram. Aliment də kəsiblər, vallah, verə bilmirəm. Fəhləlik olanda gedib 5-3 manat qazanıram. Elə gün olur ki, ac yatıram... Onlarla görüşmək istəyirəm. Amma məni küçədə görəndə daşa basırlar”, - deyə uşaqların anası deyib.

Daha ətraflı süjetdə: