Türkiyə və Azərbaycan hökumətləri arasında Mədəniyyət mərkəzlərinin qurulması, fəaliyyəti üzrə saziş təsdiqlənib.
Report "Resmi gazete"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti müvafiq qərar imzalayıb.
"2018-ci il aprelin 25-də Ankarada "Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası arasında imzalanan Mədəniyyət Mərkəzlərinin Qurulması, İşi və Fəaliyyətlərinə dair Saziş"in təsdiqlənməsi uyğun görülüb.
Saziş imzalandığı gündən qüvvəyə minib.
<iframe width="789" height="444" src="https://www.youtube.com/embed/qx0nF7ZsIhI" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
Şərhlər