Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "SpaceX"in qurucusu İlon Maskla görüşəcək. O, müxtəlif sahələrdə, xüsusilə kosmik texnologiya və elektromobillər üçün akkumulyatorlar sahəsində əməkdaşlığı müzakirə etməyi planlaşdırır.
Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər
verir.
Ərdoğanla Maskın görüşü BMT-nin mənzil-qərargahının yaxınlığında yerləşən yeni Türk Evində baş tutacaq. Bu həftə orada BMT Baş Assambleyasının iclası keçiriləcək.
Türkiyə prezidenti gələn ilin iyun ayına planlaşdırılan "Türksat 6A" peykinin orbitə buraxılmasını hərbi məqsədlər üçün istifadə oluna biləcək kəşfiyyat məlumatlarının toplanması üçün mühüm mərhələ kimi görür.
Qeyd edək ki, Mask 2017-ci ildə Ankarada Ərdoğanla görüşüb.
Maskın "SpaceX" şirkəti kommunikasiya peyklərinin buraxılması üçün Türkiyənin kosmik proqramı ilə əməkdaşlıq edir. Türkiyə həmçinin ilk yerli "Togg” elektrik avtomobili üçün akkumulyatorların hazırlanmasında kömək axtarır.
Nizami Bağırov
Şərhlər