Xəbər lenti

Ərəblər kəndinin sakinləri “Açıq mikrofon”a gəldilər
Ekonomiks 19:22 24.11.2023

Ərəblər kəndinin sakinləri “Açıq mikrofon”a gəldilər

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası bu gün Şabran rayonunda baş tutub.

Qaynarinfo xəbər verir ki, aksiyaya qatılan Ərəblər kənd sakinlərindən cəmi 4 nəfəri mikrofon önünə çıxaraq ümumi problem və təkliflərini səsləndirib. Müraciətlərdən biri məscidin, digər biri isə orta məktəbin qazlaşdırılması ilə bağlı olub ki, bu istiqamətdə vətəndaşlara lazımi məlumatlar verilib.

Sahib Fətullayevin iradı bəzi hallarda qazın təzyiqinin zəif olmasına aid olubsa, Fuad Rəsulovun xahişi 150 metrlik qaz xəttinin öz hesabına  çəkilməsinə icazənin verilməsinə aid olub. Bütün problem və təkliflər Xaçmaz RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->