Xəbər lenti

Erməni əsilli qadın:
Video 15:01 16.10.2023

Erməni əsilli qadın: "Gəncədə gördüklərim mənə bəs edir" (VİDEO)

"Mənim doğma vətənim Ermənistan yox, Azərbaycandır".

Bunu 1932-ci ildə Gəncə şəhərində doğulmuş əslən erməni olan Yevgeniya Haykazovna Arutyunova deyib.

O, Azərbaycan vətəndaşıdır. Deyir ki, atası erməni olub.

"Amma mən Azərbaycan ermənisiyəm" deyən və özünü qısaca Jenya kimi tanıdan erməni əsilli qadın 40 ildən çox yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində müəllim işləyib.

Qohumları, qardaş-bacısı və ailəsi ilə bağlı hər şeyi unutduğunu bildirsə də, dərs dediyi şagirdlərini adları ilə tanıyır.

Ağstafada işlədiyi müddətdə burada ailə quran erməni qadın bu yaşına qədər həmişə azərbaycanlılardan hörmət gördüyünü bildirir. Övladı olmayıb. Həyat yoldaşı da dünyasını dəyişib. Yenə də qonşuları onu tək qoymur.

Yevgeniya Arutyunova deyir ki, Azərbaycanda ermənilərə həmişə yüksək hörmət edildiyini görüb.

"İllər əvvəl təkcə Gəncədə gördüklərim mənə bəs edir", deyir. O, Qarabağda erməniləri Azərbaycan bayrağı altında yaşamağa dəvət edir.

91 yaşlı qadının indi ən böyük aruzusu doğulub boya-başa çatdığı Gəncə şəhərini ziyarət etmək, oradan da Qarabağa getməkdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->