Xəbər verdiyimiz kimi, ötən gün bir qrup erməni Ağdam - Xankəndi yolunda içərisində azərbaycanlı olduğunu iddia etdikləri sülhməramlıların avtomobilinə hücum edib.
"Qafqazinfo” xəbər verir ki, həmin Rusiya sülhməramlısının sosial şəbəkələrdə özünün və hərbi biletinin fotoları yayılıb.
Sözügedən görüntüləri təqdim edirik:
Xatırladaq ki, erməni bloger Mika Badalyan həmin şəxsin rus sülhməramlılarının mətbuat xidmətinin fotoqrafı olduğunu bildirib.
Şərhlər