Xəbər lenti

Ermənilərin Fransada keçdiyi hərbi təlimin məqsədi nədir? (ŞƏRH)
Siyasət 16:39 28.11.2023

Ermənilərin Fransada keçdiyi hərbi təlimin məqsədi nədir? (ŞƏRH)

"Erməni əsgərləri, xüsusən də Qarabağda mövcud olan erməni muzdurluların sonradan Fransada hərbi təlimlərə cəlb olunması ilə bağlı yayılan məlumatlar həqiqət ola bilər".
 
Bunu Qaynarinfo-ya politoloq Natiq Miri rus hərbi blogerin Fransanın hərbi təlim mərkəzlərində sonradan Rusiyaya qarşı istifadə etmək üçün Ermənistandan olan əsgərlərin hazırlandığı barədə iddiasını şərh edərkən deyib.
 
"İrəvanla Paris arasında hərbi əməkdaşlıq məsələsində erməni əsgərlərinə hərbi təlimlərin keçirilməsi müddəası da var. Görünən odur ki, Fransa artıq bununla məşğul olmağa başlayıb. Söhbət təkcə Ermənistan ərazisində fransız təlimatçıların təlim keçməsindən söhbət getmir. Məsələ artıq paralel olaraq Fransada da icra olunur", deyə Natiq Miri bildirib.
 


Həmsöhbətimiz qeyd edib ki, blogerin açıqlamasının birmənalı olaraq yalnız Rusiyaya yönəlik məsələ olması isə həddən artıq şişirdilib:

"Çünki hələlik Azərbaycanla Ermənistan arasında sülh əldə edilməyib. Ermənistan revanşist fikirlərdən hələ də imtina etməyib. Bu baxımdan, erməni əsgərlərinin fransız təlimatçıları tərəfindən öyrədilməsi təkcə Rusiyaya qarşı deyil, bu, eyni zamanda Azərbaycana da qarşı ola bilər. Sadəcə olaraq, rus bloger Rusiyanın adını xüsusu qabartmaqla həmin ölkənin xüsusi xidmət orqanlarının diqqətinə çatdırmaq istəyib ki, Ermənistan təkcə Kremlin orbitindən çıxmaqla kifayətlənməyəcək, İrəvan həm də Moskvaya qarşı dirəniş göstərmək üçün hazırlanır”. 

Belə açıqlamaların arxasında ekspertə görə, Rusiya xüsusi xidmət orqanları dayana bilər:

"Adətən belə məsələləri bu cür bloger və müəyyən media qurumları vasitəsilə ictimailəşdirirlər. Ona görə rus blogerinin dediklərinin həqiqət yükü olduğuna inanır və düşünürəm ki, Ermənistan tərəfindən bu cür hazırlıqlar mövcuddur. Paşinyan da bir müddət əvvəl bildirdi ki, Ermənistan ordusunda süəıtlə islahatlar aparılır”. 

Qeyd edək ki, Rusiyalı hərbi bloger Anastasiya Kaşevarovanın iddiasına görə, Fransanın təxminən yeddi təlim mərkəzində Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlər hazırlanır. Onun məlumatına görə, "Fontevrault L'Abbe"dəki təlim mərkəzi erməni əsgərlərin hazırlığı ilə məşğul olur. Bloger hətta bildirir ki, bəzi təlim mərkəzlərindən foto və video sübutlar da var: "Etnik erməni əsgərlər işə cəlb olunurlar, onlar arasında "Artsax”dan gələn könüllü gənclər də var. Proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərir". 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->