Ermənistanın paytaxtı Yerevanda hərbçi yaxınları izdihamlı aksiya keçiriblər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazçılar Müdafiə Nazirliyinin giriş-çıxışlarını bağlayıb, suallarına cavab tələb ediblər.
İtkin düşən hərbçilərdən birinin atası Arsen Qukasyan hökuməti onları aldatmaqda ittiham edib.
"Hökumət xalqı aldadır və itkin düşənlərin real sayını gizlədir. Ona görə də bütün itkin düşənlərin yaxınlarından övladlarının şəkillərini gətirməsini, öz arxivimizi yaratmağı təklif edirəm”.
Xatırladaq ki, müxtəlif mənbələr Qarabağda 1500-dən artıq erməni hərbçinin hələ də itkin düşənlər siyahısında olduğunu bildirir.
Şərhlər