Xəbər lenti

Rusiyada nüvə silahı təlimləri başladı
Dünya 20:03 21.05.2024

Rusiyada nüvə silahı təlimləri başladı

Rusiyada qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsinin praktik sınaqları ilə müşayiət olunan təlimlərin birinci mərhələsi başlayıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlər çərçivəsində Cənub Hərbi Dairəsinin raket birləşmələri "İsgəndər" operativ-taktiki raket kompleksinin buraxılışı üçün hazırlıqları məşq edir.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ölkənin Aerokosmik Qüvvələrinin aviasiya bölmələrinin şəxsi heyəti də aviasiya silahları, o cümlədən hipersəs raketlərlə təlimlərdə iştirak edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->