Xəbər lenti

ABŞ-də azərbaycanlı qadının əl işləri təqdim olundu (FOTO)
Ölkə 20:22 21.05.2024

ABŞ-də azərbaycanlı qadının əl işləri təqdim olundu (FOTO)

ABŞ - Azərbaycan Ticarət Palatasında (USACC) Kanadada yaşayan Aynur Cahanın milli motivlər əsasında hazırladığı zinət əşyalarından ibarət kolleksiya təqdim olunub.


Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimatda ABŞ ictimaiyyət nümayəndələri və Vaşinqtonda yaşayan azərbaycanlılar iştirak edib.


Palatanın icraçı direktoru Natiq Baxışov sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirib və Aynur Cahanın əsasən milli motivlərdən ibarət bəzək əşyaları hazırladığını diqqətə çatdırıb.


Aynur Cahan çıxışı zamanı bildirib ki, xaricdə yaşadığı dövrdə Azərbaycanı təmsil edəcək naxışlardan ibarət kolleksiya yaratmaq arzusunda olub və 8 il əvvəl bu arzusunu reallaşdırıb. Onun sözlərinə görə, bu naxışlar əsasən Azərbaycan xalçaları üzərində olan motivlərdir:


"Yaratdığım kolleksiyalardan birinin üzərində Şuşada yerləşən Yuxarı Gövhər Ağa məscidindəki motivlər əks olunub. Şuşa deyərkən ilk olaraq hər zaman xəyalımıza o məscid gəlirdi, qala-şəhərə gedəcəyimiz anı gözləyirdik. Bu arzumuzun gerçəkləşməsi, Qələbəmiz məni o qədər fərəhləndirdi ki, belə bir kolleksiya ərsəyə gətirməyə qərar verdim”.


Müəllif bildirir ki, bu əşyalar əsasında o xaricdə Azərbaycan barədə, motivlərin hekayələri haqqında danışır. Qeyd olunub ki, zinət əşyaları arasında xarici ölkələrin motivləri əks olunmuş kolleksiyalar da mövcuddur.


Daha sonra qonaqlar kolleksiyalarla tanış olublar.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->