Xəbər lenti

Ekonomiks 13:42 05.09.2023

"Excellent Trade” nazirliyin milyonluq tenderlərini necə udur? - Rəsmi açıqlama

Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyi "Excellent Trade” QSC mütəmadi olaraq milyonluq tenderlərin qalibi elan edilməsi və şirkət rəhbərliyinin nazirlikdə yüksək vəzifəli şəxslərə yaxınlığı ilə bağlı Qaynarinfo-da dərc edilən xəbərə münasibət bildirilib. 

Dövlət Məşğulluq Agentliyinin Aparatının Strateji kommunikasiya departamentindən Qaynarinfo-nun sorğusuna cavab olaraq verilən açıqlamada deyilir:

"Sizin Dövlət Məşğulluq Agentliyinin (bundan sonra-Agentlik) Quba ve Bərdə Peşə Hazırlığı mərkəzlərinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə mal və materialların alınması va quraşdırılması işlərinin satın alınması ilə bağlı keçirilən tenderə dair sorğunuza cavab olaraq bildiririk ki, tender "Dövlat Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirilib va "Excellent Trade” QSC qalib olub.

Sözügedən satınalma predmeti üzrə 7 iyun 2023-cü il tarixdə etender.gov.az portalında elan verilərək, satın alınacaq malların siyahısı elanda dərc edilib. Həmin siyahının Quba Peşə Hazırlığı Mərkəzinə aid olan hissəsi üzrə peşə hazırlığının təşkili üçün nəzərdə tutulan və zəruri olan avadanlıqlar, mal va materiallar satın alınacaq. Həmin satınalma müqaviləsi üzrə Bərdə Peşə Hazırlığı Mərkəzinin fəaliyyəti ilə bağlı daha əvvəl bağlanılmış 1 sentyabr 2022-ci il tarixli müqavilədə nəzərdə tutulmayan və zərurəti sonradan yaranmış mebel, kreslo, oturacaqlar, inventarların və digər zəruri məişət texnikasının satın alınması planlaşdırılır.

Bərdə Peşə Hazırlığı Mərkəzinin maddi-texniki bazasının beynelxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mal və materialların satın alınmasına dair "Excellent Trade" QSC ilə Agentlik arasında imzalanmış 1 sentyabr 2022-ci il tarixli müqavilə asasında peşə hazırlığının təşkili üçün nəzərdə tutulan və zəruri olan avadanlıqlar, mal va materiallar satın alınıb.

7 iyun 2023-cü il tarixdə elan edilən tenderdə Bərdə Peşə Hazırlığı Mərkəzi üçün satın alınacaq malların siyahısı "Excellent Trade" QSC ilə Agentlik arasında imzalanmış 1 sentyabr 2022-ci il tarixli müqavilə əsasında satın alınan malların siyahısı ilə eynilik təşkil etmir.

Sorğunuzun tenderin qalibi olan "Excellent Trade" QSC Agentliyin rəhbər şəxislərinə yaxın olması ilə bağlı hissəsinə cavab olaraq bildiririk ki, bu iddiaların heç bir əsası yoxdur və həqiqəti əsk etdirmir. Hər iki tender Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq açıq, şəffaf və iştirakçılar arasında bərabər rəqabət şəraitində keçirilib”.

Qeyd edək ki, son tenderdə agentlik tərəfindən qalib şirkətə 2 milyon 760 min 568 manat ödəniləcək.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->