Müqavilə Expressbank ASC-nin İdarə Heyətinin sədri Mehman Məmmədov və Agentliyin İdarə Heyətinin sədri Samir
Axundov tərəfindən imzalanıb.
İmzalanmış sənədə
əsasən, Enerji Effektivliyi Fondunun vəsaitləri hesabına enerji resurslarından
səmərəli istifadəni təşviq edən layihələrin maliyyələşdirilməsi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə
tutulur. Bu çərçivədə Expressbank müvəkkil kredit təşkilatı qismində çıxış
edərək ayrılan vəsaitləri fiziki və hüquqi şəxslərə təqdim edəcək.
Müqavilə enerji
effektivliyi sahəsində layihələrin maliyyələşdirilməsi məqsədilə kiçik və orta
sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, onların şərtləri,
düzgün və təyinatı üzrə istifadəsinə nəzarət, eləcə də, geri qaytarılması və
hesabatlılıq mexanizmlərini əhatə edir; bu çərçivədə əsas məqsəd resurslardan
daha səmərəli istifadəni təmin etmək və innovativ yanaşmaları təşviq etməkdir. KOB-unbu imkanlardan faydalanması məqsədilə kreditlər 5% illik dərəcə ilə 15 ilə
qədər, maksimum 10 milyon manatməbləğində təqdim olunacaq.
Tədbir
zamanı Samir Axundov bildirib ki,
banklarla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi
üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə veriləcək güzəştli
kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün olduqca
əlverişlidir və dəstək rolunu oynayır.
Öz növbəsində,Expressbankın İdarə Heyətinin sədri
Mehman Məmmədov qeyd edib ki, bu əməkdaşlıq Expressbank
ASC-ın dayanıqlı bankçılıq prinsiplərinə
sadiqliyini əks etdirir və enerji səmərəliliyini artıran layihələr vasitəsilə yaşıl iqtisadiyyatın inkişafına töhfə
verməyi hədəfləyir. Həmçinin, bu addımların bankın ESG istiqamətində məsuliyyətli
maliyyə institutları arasında mövqeyinin möhkəmlənməsinə xidmət etdiyini
bildirib.
Qeyd edək ki, bu təşəbbüs ölkədə enerji səmərəliliyinin
artırılması və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməklə yanaşı,
sahibkarların vəvətəndaşların daha əlçatan maliyyə resurslarına çıxışını
genişləndirəcək.
"Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci
il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh.,
Y.V.Çəmənzəminli küç., 134C.
Şərhlər