Expressbank ASC ilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai
Birliyi arasında sahibkarlığın
inkişafına yönəlmiş tərəfdaşlıq memorandumu imzalanıb. Əməkdaşlığın əsas məqsədi gözəllik sektorunda fəaliyyət göstərən
sahibkarların dəstəklənməsi, onların biznes imkanlarının genişləndirilməsi və maliyyə savadlılığının artırılmasıdır.
Memoranduma əsasən,
Expressbank sahibkarlara bizneslərini inkişaf etdirmək üçün əlverişli və çevik
maliyyə həlləri təqdim etməklə yanaşı, onların bank məhsullarından daha
səmərəli və düzgün istifadə etmələrinə dəstək olacaq. Bu çərçivədə sahibkarların maliyyə savadlılığının
artırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Eyni zamanda, tərəflər
sahibkarların maliyyə, hüquq və idarəetmə biliklərinin inkişafı məqsədilə
müxtəlif təlim, seminar və
maarifləndirici tədbirlərin təşkilini planlaşdırır. Bu təşəbbüslər
vasitəsilə iştirakçılar bizneslərini daha effektiv idarə etmək, riskləri düzgün
qiymətləndirmək və dayanıqlı inkişaf strategiyaları qurmaq imkanı əldə
edəcəklər.
Tərəfdaşlıq çərçivəsində
həmçinin sektorun inkişafına yönəlmiş birgə layihələrin həyata keçirilməsi, qadın sahibkarlığının təşviqi, eləcə də
innovativ həllərin tətbiqinin dəstəklənməsi nəzərdə tutulur.
Qeyd edək ki, Gözəlliyə
Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi ölkə üzrə bu sahədə
fəaliyyət göstərən sahibkarların maraqlarını təmsil edən və sektorun inkişafına
xidmət edən təşəbbüsləri bir araya gətirən platformadır.
Bank "Expressbank
Business” mobil tətbiqi və İnternet Bankçılıq platforması ilə biznes müştərilərinin işini daim
rahatlaşdırır.
Expressbank Bakı, Sumqayıt, Gəncə,
Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkərandaolmaqla, 16
filialı ilə fəaliyyət göstərir.Bankın məhsul və xidmətləri iləwww.expressbank.az saytından,
132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram”, "Facebook”, "LinkedIN”
və "Telegram” sosial
platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank” ASC ARMB tərəfindən 30
dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir.Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili kredit üçün bura keçid edin!
Şərhlər