Xəbər lenti

Eyni küçənin sakinləri müxtəlif müraciətlərlə “Səyyar qəbul otağı”nda (FOTO)
Foto 17:02 11.07.2023

Eyni küçənin sakinləri müxtəlif müraciətlərlə “Səyyar qəbul otağı”nda (FOTO)

SOCAR "Azəriqaz” İB-nin "Açıq mikrofon” aksiyası növbəti dəfə Masallı rayonunda keçirilib. Mikrofon önünə keçən 6 abonentdən 5-i rayonun Qarabağ küçəsinin sakinləri olub.

Qaynarinfo xəbər verir ki, onlar qaz xəttinin yerinin dəyişdirilməsi, sayğacın yenisi ilə əvəzlənməsi, yeni yaşayış massivinin qazlaşdırılması kimi istəklərlə çıxış ediblər.

Digər 1 müraciət isə rayonun Şərəfə kəndinin genişləndirilmiş hissəsinin qazlaşdırılmasından ibarət olub. Bütün müraciətlər Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.    

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->