Xəbər lenti

“Fənərbağça”nın 19 oyunluq məğlubiyyətsizlik seriyası qırıldı (VİDEO)
Video 23:17 04.11.2023

“Fənərbağça”nın 19 oyunluq məğlubiyyətsizlik seriyası qırıldı (VİDEO)

Türkiyə Superliqasının 11-ci turunun mərkəzi oyununda "Fənərbağça” öz meydanında "Trabzonspor”a 2:3 hesabı ilə uduzub.

Qonaqların qollarını Onuaçu (10-cu dəqiqə), Berat Özdemir (46-cı dəqiqə) və Pepe (47-ci dəqiqə) vurublar.

Duşan Tadiçin 61 və 90-cı dəqiqədə penaltidən vurduğu qollar isə yalnız hesab arasındakı fərqi minimuma endirməyə kifayət edib.

"Fənərbağça”nın heyətində İsmayıl Yüksek 78-ci dəqiqədə qırmızı kart alıb. Bu məğlubiyyət nəticəsində İstanbul təmsilçisi əzəli rəqibi "Qalatasaray”ın liderliyə yüksəlməsinə şərait yaradıb. "Qalatasaray”ın 31, "Fənərbağça”nın isə 30 xalı var.

Qeyd edək ki, "Fənərbağça” bu mövsüm çıxdığı 19 rəsmi oyunun hamısında qələbə qazanmışdı.

Məğlubiyyət sayəsində yenilməzlik seriyası qırıldı. Komanda 26 il sonra öz evində "Trabzonspor”a uduzdu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->